Türkiyə özünün yerli döyüş təyyarəsini istehsal edir

3 Mart 2019 10:58 (UTC+04:00)

Bu barədə prezidentin köməkçisi Fuad Oqtay məlumat verib.

O, təyyarənin “Türkiyə Havaçılıq və Kosmos Sənayesi AŞ” (TUSAŞ) tərəfindən hazırlanacağını bildirib.

“2026-cı ildə təyyarəmizi göylərdə görmək mümkün olacaq, 2031-ci ildən isə təyyarə inventarına daxil ediləcək.

Beləliklə, Türkiyə Amerika Birləşmiş Ştatları, Rusiya və Çindən sonra 5-ci nəsil döyüş təyyarəsi istehsal edən ölkələr arasında yerini alacaq”.(qafqazinfo.az)


AzNews.az