İranda AES fəaliyyətini dayandırdı

3 Mart 2019 11:11 (UTC+04:00)

İranın Buşehr Atom Elektrik Stansiyası (AES) təmir və yanacağın dəyişdirilməsi məqsədilə müvəqqəti olaraq söndürülüb.

İranın Atom Enerjisi Təşkilatı proqrama əsasən Buşehr AES-in bazar ertəsindən etibarən 2 aylıq müddətə ümumi elektrik şəbəkəsindən çıxarıldığını açıqlayıb.

Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi prosesin İranın Atom Enerjisi Təşkilatı ilə Energetika Nazirliyi arasında əlaqəli şəkildə həyata keçirildiyini söyləyib: “Əlbəttə, bu işin yayda həyata keçirilməsi daha yaxşı idi. Lakin yayda pik vaxtlarda elektrik kəsintisinin qarşısını almaq məqsədilə illik təmirlər az istehlaklı vaxta, yəni mart-aprel aylarına salınıb.

Qeyd edək ki, İran parlamenti ötən həftə Buşehr AES-maliyyə xərclərinin təmin olunması ilə bağlı qərar verib.(teleqraf.com)

AzNews.az