Azərbaycana gələn məşhur futbolçular Bakıda avtoqraf payladılar - FOTOLAR

3 Mart 2019 18:14 (UTC+04:00)

“Bakı 2019: Ulduzlar Finalı” adlı oyun üçün Azərbaycana gələn məşhur futbolçular - türkiyəli Nihat Kahveci və portuqaliyalı Dekunun iştirakı ilə imza mərasimi keçirilib.

Paytaxtdakı "28 Mall"da təşkil olunan tədbirdə iki ulduz vətəndaşlarla yanaşı, turistlərə də imza paylayıblar.

Qeyd edək ki, “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar. Oyun qərblilərin 11:10 hesablı qələbəsi ilə başa çatıb. (report)

AzNews.az