Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

3 Mart 2019 18:29 (UTC+04:00)

Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 5 nəfər (o cümlədən 2 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az