Hacıqabulda 11-ci sinif şagirdi dəm qazından boğularaq öldü

3 Mart 2019 21:08 (UTC+04:00)

Hacıqabul rayonunda faciə baş verib.

Hacıqabul sakini, Əsədova Şövkət Adil qızı Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin vanna otağında dəm qazından boğularaq ölüb.

Onun 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az