“Vətən xaini”ndən siyasi obraz yaratmaq onunla həmrəy olmaqdır

3 Mart 2019 21:57 (UTC+04:00)

Fəxrəddin və erməni xüsusi xidmət orqanlarının əməkdaşı

Azərbaycan dövlətin qanunları ilə bütün etnik, dini və linqvistik icmaların hüquqları qorunur. Hər xalqın ayrıca mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu icmaların tarixin heç bir mərhəlsəində arasında heç bir zaman etnik qarşıdurmalar yaşanılmayıb. Əgər hansısa feodallar arasında mübahisəli məqamlar olubsa və onu etnik qarşıdurma kimi qələmə vermək ən böyük vicdansızlıqdır.

Qafqazda “gəlmə xalq” statusunu ancaq ermənilər daşıyırlar. Hətta 1974-cü ildə Qarabağın Xankəndi rayonunun girişində “ermənilərin Qafqaza köç etməsinin 150 illiyi” münasibətilə elə ermənilərin özləri abidə ucaldıblar.

Ermənilər xəyali “Böyük Ermənistan” ideyasını irəli sürdükləri dönəmdən etibarən Qafqazda başqa xalqları “antitürk” ladına kökləmək üçün addım atıblar. 1918-ci ildə Gürcüstan və Azərbaycan dövlət müstəqilliklərini əldə etdikləri zaman təkcə ermənilər əldə silah bu iki dövlətə qarşı silahlı üsyan etdilər. 1991-ci ildə bu iki dövlət müstəqilliklərinə nail olan zaman ermənilər əldə silah Qarabağ, Abxaziya və Cənubi Osetiyada etnik separatizm üzərində köklənmiş siyasət yürütdülər. Bu gün ermənilər xəyanətkar siyasətlərinə digərlərini cəlb etmək taktikası yürüdürlər. Onların toruna düşən vətən xainləri isə, mədəni altkimlik mübarizəsi adı altında ermənilərin tələsinə düşürlər.

Saxta “politoloq” və “ictimai xadim”in yalanları

1990-cı illərdə Azərbaycanda öz məqsədlərinə nail ola bilməyən ermənilər bu dəfə “etnik azlıqların hüquqları” adı altında hərəkətə keçdilər. 1993-cü ildə elan edilən separatçı “Talış-Muğan Respublikası” ideyası da məhz buna xidmət edirdi. Bu bədnam qurumun parlamentinin sədri vəzifəsinə Fəxrəddin Abbasov təyin eidlmişdi. Qondarma ideya iflasa uğradıqdan sonra, Fəxrəddin Abbasov uzun müddət İrəvanda gizli şəkildə yaşamağa məcbur oldu. Ara “sakitləşən” kimi yenidən zühur edərək qondarma “Artsax” (Dağlıq Qarabağ) ideyasının ən mübariz təbliğatçılarından birinə çevrildi. Bu “vətən xaini” özünün və ermənilərin hədəflərini ictimai fikirdə yayındırmaq üçün, “TMR” ideyasını süni şəkildə əldə bayraq tutmuşdu. Sonradan Moskvaya köçərək, fəaliyyətini orada davam etdirdi. Azərbaycanda həmin dönəmdə separatçı “TMR” ideyasını həyata keçirmək istəyən və buna görə həbs olunanları “siyasi məhbus” kimi tanıdan da məhz Fəxrəddin Abbasov idi. Onun əsas himayədarı uzun müddət Bakıdakı “Sülh və Demokratiya İnstitutu” adlı qurum idi. Çünki bu quruma rəhbərlik edən Leyla və Arif Yunuslar “Azərbaycanda etnik azlıqların problemləri” adı altında külli miqdarda qrant layihələri alırdılar. Türkiyəyə qarşı terror siyasəti yürüdən PKK-nın Londondakı nümayəndəliyinin rəhbəri Kərim Yıldız adlı birisi ermənilərlə birlikdə bu proyektləri maliyyələşdirirdi. Təbii olaraq Fəxrəddin Abbasov da bu proyektlərin “şəriklər”indən idi. Beləliklə, Azərbaycan dövlətinə qarşı “milli azlıqların hüquqları” məsələsini adı altında vətəndaş cəmiyyətini mümkün qədər parçalamaq hədəflərini ortaya atırdılar. PKK və ermənilərin bu proyektə daxil etdikləri əsas mövzular isə bunlardan ibarət idi:

1. Azərbaycanda bütün qeyri müsəlman və qeyri türk icmaları dövlətə qarşı istiqamətləndirmək,
2. Qarabağdan olan məcburi köçkünləri ictimai fikirdə Ermənistan və Naxçıvan əsilli vətəndaşlara qarşı yönəltmək,
3. Naxçıvan və Ermənistan əsilli vətəndaşları Şirvan bölgəsi əhalisi ilə üz-üzə qoymaq,
4. Gəncəbasar, Qazax və Borçalı bölgəsinin insanlarını mövcud hakimiyyətə qarşı psixoloji baxımdan yönləndirmək,
5. “Siyasi məhbusların müdafiəsi” adı ilə vətəndaş cəmiyyətinə qarşı provakasiyalarda iştirakına görə həbs olunanların müdafiəsini təşkil etmək,
6. “Vətən xaini” cinayətkar əməllərinə görə məhkəmə qərarı ilə həbs olunanları “vicdan” və ya “siyasi məhbus” adlandırmaq.

Fəxrəddin Abbasov bu layihələrdə “azlıqlar” proqramı üzrə koordinator sayılırdı. Bu layihələr əsasında onun dəfələrlə İrəvanda keçirdiyi toplantılar bu amala xidmət edirdi. O, İrəvan səfərlərində Qarabağda əlində silah Azərbaycan xalqını hansı etnik kökə mənsub olmasına baxmayaraq soyqırıma məruz qoyan müharibə cəlladları Robert Köçəryan, Vazgen Sərkisyan, Vazgen Manukyan, Norat Ter-Qriqoryan, Serj Sərkisyan, Seyran Ohanyan, Mikael Arutyunyan, Vaqarşak Arutyunyan, Valeri Poqosyan, Vano Siradeqyan, Suren Abramyan və Ayk Arutyunyan, Eduard Simonyants, David Şahnəzəryan, Karlos Petrosyan kimi rəhbərlərlə görüşürdü. Onu da qeyd edək ki, bu şaxslərin hamısı Ermənistanın müdafiə, daxili işlər və təhlükəsizlik məsələləri üzrə naziri olmuşlar və rütbəcə generaldırlar. Fəxrəddin Abbasov məhz onların təlimatları əsasında fəaliyyət göstərmişdir.

Provakator tək deyil

Bu gün Avropada “siyasi mühacir” adı altında Əlikram Hümbətov, Şahin Mərzəyev, Namiq Məmmədov, İlham Babazadə, Ruslan Almaszadə, İdris Qasımov, Rəhim Mirzəyev, Məhrəməli İsmayılov, Məhəmməd Axundzadə, İntiqam Həmidov, Zamin Hüseynov, Yusif Sərdarzadə və digərləri “Avrtopa Erməni Təşkilatları Federasiyası” qurumu ilə ortaq çalışırlar. Rusiya, Ukrayna, Belorus, Estoniya və digər ölkələrdə isə Zahirəddin İbrahimov, İqbal Əbilov, İsmayıl Şabanov, Zabil Məhərrəmov, Kahin Mirzəlizadə və digərləri Ermənistan xüsusi xidmət orqanlarına çalışan vətən xainləri olduqlarını heç də gizlətmirlər. 2016-cı il martın 7-də Fəxrəddin Abbasov və İsmayıl Şabanov İrəvana səfər edərək Azərbaycana qarşı layihələr üçün proyekti əsasında külli miqdarda pul vəsaiti alıblar. Bu yöndə “Talyshistan TV” internet tv kanalında xüsusi proqram nümayiş etdirilib. Bu bədnam tv kanaldakı çıxışlarında Fəxrəddin Abbasov Ermənistanın Azərbaycan dövlətinə qarşı apardığı strateji hədəfləri müdafiə etdiyini açıqlayıb. Həmin çıxışlarda “Ermənistanın Qarabağı işğal etməsini ürəkdən alqışladığını” dəfələrlə elan edib. O, ermənilərin apardığı etnik təmizləmə siyasətini müdafiə edərək: “Ermənistan Cənubi Qafqazda “avtoxon” xalqların hüquq və azadlıqlarını təmin edə biləcək yeganə və flqaman statusunda olan dövlətdir” fikirlərini ifadə edib.

O, “qrant şəriki” İsmayıl Şabanovla birlikdə İrəvandakı “Ani Plaza Hotel”də Ermənistan KİV-ləri üçün mətbuat konfransı keçirərək nə qədər “marginal” olduğunu ortaya qoyub. Fəxrəddin Abbasov 29 aprel 2013-cü ildə “Yaxın Şərqdə kürd problemi” konfransında PKK lideri, terrorbaşı Aponun (Abdulla Öcalan) Moskvadakı xüsusi nümayəndəsi Mirab Cimoeviç Şamoevlə birlikdə “Azərbaycan dövlətinə qarşı əməkdaşlıq” məsələsini müzakirə ediblər. Yəni, Dağlıq Qarabağ “Artsax” adlı ilə tanınsın və ətraf rayonlar “Qırmızı Kürdüstan” kimi təbliğ olunaraq, orada İraq, Türkiyə, İran və Suriya kürdləri məskunlaşdırılsınlar. Bu müzakirələr zamanı Fəxrəddin Abbasov bildirib ki: “Azərbaycan imperiyadır və xalqlar həbsxanasıdır. Ona görə ya federal dövlət modelinə keçməlidir, ya da hər bir xalq öz dövlətini yaratmalıdır”. Ermənistan xüsusi xidmət orqanlarının maliyyələşdirdiyi və Xankəndində fəaliyyət göstərən “Tolişe Sədo” radiosunun aparıcı icmalçısı Zahirəddin İbrahimov isə Fəxrəddin Abbasovun sağ əli kimi tanınır.

İrəvan Fəxrəddin Abbasovun müdafiəsinə qalxdı

Onun həbs edilərək qolubağlı Bakıya gətirilməsinin ardından dərhal Ermənistana aid lragir.am, iravunk.de-fakto.am, panorama.am, vardanak.com, noev-kovcheg.ru, nkr.am, depiararat.com, arka.am, russia-armenia.info, aravot-ru.am, yerkramas.org, tert.am, voskanapat.info, armmuseum.ru, arcakh24.info, nashaarmenia.info, hayasanews.com,
artsakhpress.am, sarinfo.org, armenianreport.com, jam-news.net, golosarmenii.am, mediamax.am və digər KİV-lər dərhal hüquqlarının müdafiəsinə qalxıblar. Bundan əlavə Azərbaycan dövlətinə qarşı daim təxribatçı siyasət yürüdən chernovik.net, regnum.ru, flnka.ru, tolishpress.org, freetalyshistan.com, talish.info, arannews.com tipli KİV-lər də Ermənistanın hədəflərinə dəstək verməyə başlayıblar. Faktiki olaraq hər gün bu KİV-lərdə “Fəxrəddin Abbasov erməni xalqının milli qəhrəmanı” kimi təqdim olunur. Bununla yanaşı, onun vaxtilə Ermənistanın xeyrinə çıxışlarının video-süjetləri TV kanallarda və sosial şəbəkələrdə yenidən yayılır.

Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində olan bu KİV-lərin vasitəsilə niyyətlərini ört-basdır etmək üçün canfəşanlıqla Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsinə qalxıblar. “Politoloq” və “ictimai xadim” statusu ilə onu təbliğ edərək hüquqlarını müdafiə edirlər. Fəxrəddin Abbasovun youtube.com sosial şəbəkəsindəki çıxışları, bir sıra KİV-lərdəki məqalələri və müsahibələri demək olar ki, Ermənistanın maraqları ilə üst-üstə düşür. Onun fikirlərində yer alan bütün mövzular isə Ermənistanın maraqlarına hesablanmış strateji hədəflərdən ibarətdir. Bu, Azərbaycan dövlətinə qarşı ermənilərin ekspansionist ideyalarından ibarətdir. Onun açıqladığı fikirlərin təkcə bir adı var: “VƏTƏN XAİNİ”.

Ə. Yusifoğlu

AzNews.az