"Qalatasaray" Türkiyə Super Liqasında xal itirdi

3 Mart 2019 23:09 (UTC+04:00)

"Qalatasaray" Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

İstanbul təmsilçisi 24-cü turda səfərdə "Erzurumspor"la üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Başakşehir" isə səfərdə "Yeni Malatyaspor"la qarşılaşıb. Komanda rəqibini 2:0 hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra "Başakşehir" 54 xalla birinci, "Qalatasaray" isə 46 xalla ikinci pillədə qərarlaşıb. (report)

AzNews.az