ABŞ Suriyaya ağ fosfor bombası atdı - Ölənlər var

4 Mart 2019 09:08 (UTC+04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın cənub-şərqində yerləşən Baquz kəndinə endirdiyi hava zərbələri zamanı, beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor bombası atması nəticəsində dinc sakinlər həlak olublar.

RİA "Novosti" xəbər verir ki, bu barədə yerli dövlət televiziyası məlumat yayıb.

"Aralarında qadın və uşaqların olduğu dinc sakinlər Amerika koalisiyasının Deyr-əz-Zor əyalətinin Baquz kəndindəki ferma ərazisinə havadan zərbə zamanı beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor atması nəticəsində ölüb və yaralanıblar", - deyə "Ikhbariya" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.(report.az)

AzNews.az