Göyçay rayonunda yanğın - Ev sakini diri-diri yandı

4 Mart 2019 09:35 (UTC+04:00)

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Yanğın zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlu dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bahar Rüstəmli

AzNews.az