Bu gün Buxarest şəhərində Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov toplantıda iştirak edəcək.
Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.(report.az)
AzNews.az