Musiqiyə görə dostunu bıçaqladı

4 Mart 2019 10:44 (UTC+04:00)

Türkiyədə əfqanıstanlı 23 yaşlı M.Nasir 22 yaşlı dostu Ferzat Navsandını bıçaqlayaraq öldürüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə Nasirin telefonla danışdığı zaman dostunun yüksək səsdə musiqiyə qulaq asması olub.

M.Nasir dostuna 6 bıçaq zərbəsi vurub.

Hadisə yerinə gələn təcili tibbi yardım komandası Ferzat Navsandının həyatını itirdiyini bildirib.

Nigar CƏFƏR

AzNews.az