İranda yenidən zəlzələ
24 Aprel 2013 08:41 (UTC+04:00)
Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 4,9 bal təşkil edib.
İlkin məlumatlara əsasən, zəlzələ bu gün yerli vaxtla səhər saat 07:39-da qeydə alınıb.
Məlumata görə, 20 kənddə bəzi evlərə ziyan dəyib, ölən və yaralananlar yoxdur.
İranın MEHR agentliyi məlumat verir ki, bu gün, həmçinin İranıın Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində 3,4 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, son üç həftə ərzində İran ərazisində üç güclü zəlzələ baş verib. Zəlzələlər nəticəsində 33 nəfər ölüb, 877 nəfər yaralanıb.
AzNews.az