Damla "intim video"ya görə xalını göstərməli oldu - VİDEO

4 Mart 2019 11:21 (UTC+04:00)

Məşhur müğənni Damla "Ay Zaur" verilişinin qonağı olub.

AzNews.az xəbər verir ki, müğənni son günlər yayılan "intim videosu"ndan danışıb. O, videonun ona məxsus olmadığı üçün yıxılmadığını və güclü qaldığını söyləyib.

Videodakı qızla eyni yerdə xalının olub-olmaması məsələsinə aydınlıq gətirən müğənni efirdə qolundan başqa heç bir yerində xalının olmadığını söyləyib.

Damla izləyicilərdən birinin onun fotosunun altında xalı ilə bağlı eyham vuran ismarıcdan sonra bu məsələ haqqında danışmalı olub.

Aynur

AzNews.az