İranda vertolyot qəzaya uğradı

4 Mart 2019 13:24 (UTC+04:00)

İranın Çahar-Mahal və Bəxtiyari vilayətində təcili tibbi yardım vertolyotu qəzaya uğrayıb.

Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, hamilə qadına yardım etmək üçün 4 sərnişinlə havaya qalxan vertolyot qəzaya uğrayıb.

Sərnişinlərdən ikisi təcili yardım mütəxəssisi, ikisi isə pilot olub.(trend.az)

AzNews.az