Dəmir toplayırdı, cərəyan vurdu

4 Mart 2019 14:25 (UTC+04:00)

Hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb. Dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan, Yevlax şəhər sakini, 1978-ci il təvəllüdlü Heydərov Elbariz Əlisahib oğlu almaq istədiyi metalı yoxlayarkən onu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az