Əfv Məsələləri Komissiyası bu gün də toplaşdı

4 Mart 2019 17:55 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Komissiyanın indiyə qədər keçirilən iclaslarında ümumilikdə 400-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.(trend.az)

AzNews.az