Tərtərdə 4 otaqlı ev yandı

4 Mart 2019 18:13 (UTC+04:00)

Tərtərdə 4 otaqlı ev yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Ələsgərli kəndində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə, bitişik ümumi sahəsi 60 kv.m olan talvarın lambirindən ibarət tavanı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az