Putin orta və qısamənzilli raketlərə dair sazişin icrasını dayandırdı

4 Mart 2019 19:48 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişin (İNF müqaviləsi – İntermediate-Range Nuclear Forces Treaty) dayandırılması barədə fərman imzalayıb.

Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Fərmana görə, ABŞ tərəfindən müqaviləyə dair öhdəliklərin pozulması aradan qaldırılanadək, yaxud müqavilənin müddəti başa çatanadək Rusiya tərəfi müqavilənin icrasını dayandırır.

Xatırladaq ki, ABŞ İNF müqaviləsindəki iştirakını fevral ayının ortalarından dayandırıb. (report)

AzNews.az