Afət Fərmanqızı "od püskürdü": Ölüsü qəbirdə itlə yatsın - FOTO

5 Mart 2019 10:54 (UTC+04:00)

Son günlərin qalmaqallı müğənnisi Afət Fərmanqızı əsəbilərinə hakim ola bilməyib.

AzNews.az xəbər verir ki, efirlərdə ona qadağa qoyulması bərədə yazılan xəbərlərə münasibət bildirən müğənni kobud və nalayiq ifadələr işlədib:

"Yalan yazanın ölüsü qəbirdə itlə yatsın. Kim ölüsünü söydürmək istəyirsə, yalandan yazsın. Mənə heç kim qadağa qoymayıb, qoya da da bilməz. Pulumuz da var, adamınız da. Mənim haqqımda nahaq yazanın ölüsünə, dirisinə lənət. Hələ Nəsiminin 9 qəzəlinə də ərəb mahnısı oxuyacam. Monitor arxasından tülkü kimi gizli adla yazmayın. Efirlər bu dəqiqə zəng edir ki, gəl, bu mahnını yenə oxu.

Xatırladaq ki, müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısı ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Aynur

AzNews.az