Hava Qüvvələri Komandanlığında FETO əməliyyatı - 30 hərbçi tutuldu

5 Mart 2019 11:45 (UTC+04:00)

Ankara Respublika Baş Prokurorluğu FETO istintaqı çərçivəsində Türkiyə Hava Qüvvələri Komandanlığından 30 hərbçinin saxlanması barədə qərar verib.

AzNews.az xəbər verir ki, əvvəlki əməliyyatlar zamanı yaxalanan əsgərlərin verdiyi ifadələr nəticəsində FETO ilə əlaqəsi olan 1 kapitan, 1 leytenant və 28 əsgər olmaqla, ümumilikdə 30 şübhəli saxlanılıb.

Saxlanılanlardan 19-u aktiv hərbi xidmətdə olub. Prosesin Ankara Polis bölməsinin Terrorla mübarizə şöbəsində davam etdirildiyi bildirilib.

Pərvanə Ağazadə

AzNews.az