Kaya Çilingiroğlundan Hülya Avşarın evlilik təklifinə cavab - "Hər şeyimiz fərqlidir"

5 Mart 2019 14:44 (UTC+04:00)

Türkiyənin məşhur aktrisası Hülya Avşar keçmiş əri Kaya Çilingiroğlunun evlilik təklifinə cavab verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kaya Çilingiroğlu Kanal D-də yayımlanan “2.Sayfa” verilişində qonaq olub.

“Mənim üçün dediklərini izləmişəm. Böyük danışmayım, amma Hülya ilə yenidən evlənməyim imkansız kimidir. Hər yay 3 gün Hülyanın bağ evinə yanına gedirəm. İlk gün çox yaxşı qulluq edir mənə, az qala ayaqlarımı da yuyur. Qalan iki günü normal olur. Fikirləşirəm ki, görəsən, məni haçan qovacaq. Eyni ortamda yaşamağımız çox çətindir. Hər şeyimiz fərqlidir. O, səhər yeməklərini çox gec yeyir, mən tez. O, dənizə getməyi sevir, mən yox. Axşam yeməyini yeyib otağına gedir. Hülya insana qulaq asmadığı üçün onu başa düşmür. Buna görə də çox problemlər yaşayırıq”. Kaya Çilingiroğlu belə deyib.

Nigar CƏFƏR

AzNews.az