8 Martda hava necə olacaq?

5 Mart 2019 15:08 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 Mart-Beynəlxalq Qadınlar Gününə gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq:

“Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”.

AzNews.az