Uşaqları qurban kəsən cadugərlər ələ keçdi

5 Mart 2019 17:44 (UTC+04:00)

Afrika ölkəsi Tanzaniyada müxtəlif ayinlər üçün 10 uşağı qurban kəsmiş 65 cadugər yaxalanıb.

İnsidentlər yanvar ayı ərzində baş verib.

Uşaqların cəsədləri ölkənin cənub-qərbindəki Nyombe və şimaldakı Simiya vilayətlərində aşkar olunub.

Tanzaniya və bəzi qonşu ölkələrdə insanların qurban verildiyi rituallara rast gəlinir.(modern.az)

AzNews.az