Dubayda “Üzən Venesiya” adlı istirahət mərkəzi tikiləcək

5 Mart 2019 18:57 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Üzən Venesiya” (“Floating Venice”) adlı böyük istirahət mərkəzinin tikilməsi nəzərdə tutulur.

Mərkəzdə dörd mərtəbəsi su altında olmaqla, 414 istirahət nömrəsi yaradılacaq.

Müştərilər istirahət yerlərinə qayıqlarla daşınacaq. 2021-ci ilə başa çatdırılması nəzərdə tutulan mərkəzi 680 milyon dollara başa gələcək.

Qeyd edək ki, “Üzən Venesiya” “Avropanın qəlbi” adlı süni ada şəklində Avropanın ayrı-ayrı ölkə və şəhərlərinin kiçik maketi şəklində düşünülən layihənin bir hissəsi olacaq. (report)

AzNews.az