Futbolçunun anası oğurlandıqdan bir həftə sonra sərbəst buraxıldı

5 Mart 2019 19:36 (UTC+04:00)

Nigeriya yığmasının və Fransanın "Bordo" klubunun futbolçusu Samuel Kalunun oğurlanan anası cinayətkarlar tərəfindən sərbəst buraxılıb.

Polis qadının ötən gecə sərbəst buraxıldıqdan sonra evə getdiyini bildirib.

Həmçinin hüquq-mühafizə orqanları oğruların qadın üçün tələb etdikləri məbləği alıb-almadıqlarını araşdırmalıdırlar.

Qeyd edək ki, Samuel Kalunun anası fevralın 27-də oğurlanıb. Qadını oğurlayan şəxslər əvvəl 8,3 min dollar pul istəsələr də, sonuncu tələbləri 41 min dollar olub.

AzNews.az