"Çelsi" FIFA-nın qərarına etiraz etdi

5 Mart 2019 20:41 (UTC+04:00)

İngiltərə təmsilçisi "Çelsi" FIFA-nın kluba transfer qadağası çıxarması ilə bağlı qərarına rəsmi şəkildə etiraz edib.

Müvafiq sənəd artıq quruma daxil olub.

Qeyd edək ki, FIFA-nın qərarına əsasən "Çelsi" iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək. London təmsilçisi hazırda 28 turdan sonra 56 xalla İngiltərə Premyer Liqasında 6-cı yerdədir.

AzNews.az