Azərbaycandan gedən mikroavtobus yük maşını ilə toqquşdu - Ölənlər var

6 Mart 2019 09:16 (UTC+04:00)

Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı miniven qarşı yola çıxan "ZİL" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır.(trend.az)

AzNews.az