Bakıda 23 yaşlı gənci küçədə bıçaqladılar

6 Mart 2019 09:33 (UTC+04:00)

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Şərifzadə küçəsi, 484 ünvanının qarşısında rayon sakini, 1996-cı il təvəllüdlü Eldarov Xıdır Ceyhun oğlu naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az