Türkiyədə yaşayan 36 yaşlı azərbaycanlı məşhur aktrisa Nəsrin Cavadzadə plastik əməliyyat keçirməsi haqda çıxan informasiyaya aydınlıq gətirib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu xəbərlərin yalan olduğunu deyib.
Nəsrin Cavadzadə hər zaman təbii gözəlliyə inanan bir qadın olduğunu qeyd edib:
"Burnumu qaldırdığımı belə dedilər. Yox vallah, hələ də burnum badımcan kimi böyükdür. Bədənimi isə hər gün etdiyim idmana borcluyam” deyib.
Nigar CƏFƏR
AzNews.az