Cənubi Afrikada Babes Vodumo adı ilə tanınan Bongekile Simelane adlı müğənninin yataq otağından olan görüntülər hər kəsi dəhşətə gətirib.
AzNews.az xəbər verir ki, sosial media hesabında canlı yaym açan müğənni əlində telefon yataq otağına keçib. Canlı yayımda olduğunu unudan Babes telefonu bir kənara qoyub. Qəfildən yataq otağında sevgilisinin hücumunə məruz qalan müğənninin görüntüləri ölkəni ayağa qaldırıb.
Yarıçılpaq kişi müğənniyə yumruq zərbələri endirib. Zərbənin təsirindən Babes göz yaşlarına boğulub.
Aynur
AzNews.az