Əbülfəs Qarayev əmr imzaladı

6 Mart 2019 12:41 (UTC+04:00)

Mədəniyyət Nazirliyində kadr təyinatı həyata keçirilib.

AzNews.az xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayevin əmrinə əsasən Türkan Cəfərova nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri təyin edilib.

Bu məlumatı Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov təsdiq edib.

Bahar RÜSTƏMLİ

AzNews.az