Uşaq qoruma dərnəyinin rəhbəri öz oğlunu istismar etdi

6 Mart 2019 13:06 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankara şəhərində “Uşaqları qoruma dərnəyi”nin rəhbəri öz oğlunu istismar edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşaqları təcavüz və istismardan qorumaq üçün yaradılan dərnəyin rəhbəri N.Erhan 8 yaşlı oğlunu istismar etdiyi üçün saxlanılıb.

Ata iddiaları qəbul etməsə də, oğlunun verdiyi izahat tərəddüdə yer buraxmayıb. Uşaq izahatında atasının onu cinsi istismar etdiyini bildirib.

Hadisə anasının 8 yaşlı oğluna “Telefonla az oyna, bunlar zərərlidir” dedikdən sonra meydana gəlib.

Belə ki, uşaq anasının bu iradına “Zərərlidirsə, atam niyə mənə belə şeylər izlədir?” deyib. Vəziyyətdən şübhələnən ana oğluna atasının ona nələr izlətdiyini soruşub. Uşaq atasının ona cılpaq qadın və kişi şəkilləri, videoları göstərdiyini deyib. Daha sonra isə atasının onun özəl bölgələrinə toxunduğunu deyib.

Qeyd edək ki, N.Erhan 2 il əvvəl həyat yoldaşından ayrılıb.

Nigar CƏFƏR

AzNews.az