Aktrisa serialı ərsəyə gətirən şirkəti məhkəməyə verdi - Pulunu ala bilmir

6 Mart 2019 15:54 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Merve Boluğur “İçimdeki Fırtına” serialının iki seriyasının pulunu ala bilmədiyinə görə serialı ərsəyə gətirən şirkəti məhkəməyə verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa 110 min lirə qonorar istəyir.

Lakin məhkəmə onun bu istəyini nəticəsiz qoyub. Bundan sonra isə o, prokurorluğa müraciət edib.

Prokurorluq tərəfləri dinləyəndən sonra Merveyə serialın həmin bölümlərində çəkildiyini isbat etmək üçün 2 həftə vaxt verib.

Nigar CƏFƏR

AzNews.az