Qızıl mədənində ölənlərin sayı 27-yə çatıb

6 Mart 2019 17:14 (UTC+04:00)

İndoneziyanın mərkəzi hissəsində qızıl mədəninin çökməsi nəticəsində həlak olanların sayı 27-yə çatıb.

Bu barədə Antara agentliyi məlumat yayıb.

“Biz ağır texnikadan istifadə edərək sağ qalanların təxliyyəsini davam etdiririk”, - deyə İndoneziya Xilasetmə Xidmətinin nümayəndəsi bildirib.

Ötən gün 13 nəfərin həlak olduğu barədə məlumat verilmişdi. Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, mədəndə hələ də 100-ə yaxın şaxtaçı qalıb.

Şimali Sulavesi əyalətindəki mədən fevralın 26-da çöküb. İndiyədək xilas edilən 19 şaxtaçı xəstəxanaya yerləşdirilib.(AZƏRTAC)

AzNews.az