Fatimə bir nəfərdən polisə şikayət etdi - qızına görə

6 Mart 2019 17:51 (UTC+04:00)

İzləyicilərindən biri rəqqasə Fatimə Fətəliyevanı özündən çıxarıb.

AzNews.az xəbər verir ki, belə ki, bir nəfər rəqqasənin qızının adına profil açaraq izləyici toplayıb. Bundan hiddətlənən Fatimə onu polisə verib.

"Özünü şəxsiyyət bilən insanlardan dönə-dönə üzr istəyirəm. Nə istəyirsən məndən? Allah sənin bəlanı versin, niyə bu qədər paxılsan, kiminsə xoşbəxt olmağına sevinmirsən? Sənin görəsən övladın var? Səni polisə verəcəm. Amma söz verirəm, səni tapacam. Bilsəniz ki, bu insan hər kəsin paylaşımının altına nələr yazır. Mənə dəstək üçün dayanmadan mesajlar yazırsınız, çox sağ olun". Fatimə belə deyib.

Qeyd edək ki, Fatimənin qızı Aydan bir neçə gün əvvəl nişanlanıb.

Aynur

AzNews.az