Barselonada polislərə bıçaqla hücum etməyə çalışan şəxs saxlanıldı

6 Mart 2019 23:11 (UTC+04:00)

Kataloniya polisi (Mossos d'Esquadra) bir neçə polis əməkdaşına bıçaqla hücum etməyə çalışan şəxsi saxlayıb.

İnsident patrul maşınının əlində bıçaq olan kişini görməsindən sonra başlayıb. Polis əməkdaşı kişiyə yaxınlaşmaq istəyən zaman o hücum etməyə çalışıb və sonra qaçıb.

Məlumata əsasən, silahlı şəxs tapıldıqdan sonra bir daha polis əməkdaşlarına hücum etməyə çalışıb. İnsident nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları xəsarət almayıblar. Hücum edən şəxs saxlanılıb. (trend)

AzNews.az