Şimali Koreya nüvə tədqiqatlarını bərpa etdi

7 Mart 2019 12:08 (UTC+04:00)

Şimali Koreya “Yonbene” Elmi-Tədqiqat Mərkəzində uranın zənginləşdirilməsini davam etdirir.

Bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri So Xun açıqlama verib.

“Uranın zənginləşdirilməsi ilə məşğul olan mərkəz ABŞ-la Şimali Koreya arasında son sammitdən sonra da normal işləyirdi”.

Kəşfiyyat xidməti Şimali Koreyanın hələ ötən ilin sonlarında Yonbenedə yerləşən və plutonium əldə etməyə şərait yaradan 5 meqavatlıq nüvə reaktorunun fəaliyyətini dondurmuşdu.

Bundan əvvəl məlum olmuşdu ki, Şimali Koreya ölkənin qərbində yerləşən Soxe poliqonunu bərpa etmişdi.

Tramp bu xəbərin təsdiqlənəcəyi halda çox ciddi məyusluq keçirəcəyini demişdi.(modern.az)

AzNews.az