Jurnalist müraciət etdi - Nazir müavini kəndə getdi

7 Mart 2019 14:10 (UTC+04:00)

"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev Cənub bölgəsində səfərdə olan təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya müraciət edib.

Jurnalist ondan Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbinə də getməsini, məktəbin vəziyyəti ilə yaxından tanış olmasını xahiş edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da bölgəyə səfər edəcəyini və bu barədə nazir müavinini məlumatlandıracağını bildirib.

Daha sonra hər iki şəxs məktəbə baş çəkiblər, vəziyyətini öyrəniblər. Nazir müavini məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib.

Baş redaktor bununla bağlı feysbuk hesabında məlumat paylaşıb. Bildirib ki, Təhsil Nazirliyi problemə müsbət reaksiya verib: "Bu məni həddən ziyadə sevindirdi. Məqsədim təhsil sahəsində aparılan islahatlara kölgə salmaq deyildi. Mən də istəyirdim ki, dövlətin bu sahədə apardığı müsbət işlərdən böyük bir kəndin sakinləri də faydalansın”.

Casarat Valehov adlı şəxsin şəkli.

AzNews.az