Daxili Qoşunların iki hərbi qulluqçusuna general-mayor rütbəsi verildi

7 Mart 2019 14:30 (UTC+04:00)

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Muradov İnqilab Heydər oğlu

polkovnik Niftaliyev Səlim Cəfər oğlu.

AzNews.az