Yerevanda aksiya: "Bizə 15 min dollar borcları var”

7 Mart 2019 18:24 (UTC+04:00)

Tacikstanın bir qrup vətəndaşı Yerevanda hökumət evinin qarşısında etiraz aksiyası keçirib.

Onlar Ermənistanın Eçmiadzin rayonunun Araz kəndində gördükləri işin əməkhaqqının ödənilməsini tələb ediblər.

“Biz 2018-ci ilin mayında Araz kəndində pambıq yetişdirməyə gəlmişik. Biz dekabradək işləsək də, indiyədək pulumuzu verməyiblər. Bizə 15 min dollar borcları var”, - deyə aksiya iştirakçılarından biri deyib.

Onların sözlərinə görə, Qaqik adlı iş adamı Tacikistanın 10 vətəndaşının pulunu ödəməyib. Onların 5-i Tacikistana gedib, qalanı isə hələ də Ermənistanda qalır. Tacikstanlıların Eçmiadzin hüquq-mühafizə orqanlarına müraciəti də nəticəsiz qalıb. Ona görə də Yerevanda hökumət binasının qarşısında aksiya keçiriblər. (report)

AzNews.az