Azərbaycanı “Eurovision”da təmsil edəcək müğənninin adı açıqlandı

8 Mart 2019 21:06 (UTC+04:00)

Trend-in məlumatına görə, yarışmada Azərbaycanı Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edəcək.

Çingiz Mustafayev “Palmas” musiqi qrupu təşkil edib və birlikdə çıxış edib. "Yeni Ulduz" musiqili teleyarışmasının qalibidir.

Qeyd edək ki, "Eurovision 2019" mahnı müsabiqəsi 14-18 may tarixlərində İsrailin Təl-Əviv şəhərində keçiriləcək.

AzNews.az