Ermənilər üçün qara rejissura işi: Molla keşişin qulbeçəsi rolunda

10 Mart 2019 09:24 (UTC+04:00)

Beynəlxalq Birliyi, dünya dövlətlərini və xalqlarını, özəlliklə də xristian toplumlarını öz mənfur siyasətinin alətinə çevirmək üçün ermənilər bu dəfə göz yaşları içində “əzabkeş xristian mədəniyyətinin azərbaycanlılar tərəfindən darmadağın olunduğu” iddiasını sərgiləməyə başlayıblar. Bu dəfə İngiltərə, Rusiya və digər dövlətlərin nüfuzlu KİV-lərində hədəflərini ortaya qoymağa çalışırlar. Belə ki, İngiltərənin “The Gardian” qəzetinin 1 mart 2019-cu il tarixli sayında Azərbaycanın ərazisində “Monumental itki: Azərbaycan və “XXI əsrdə mədəni irsin soyqırımı rəzaləti” başlıqlı məqalə dərc olunubdur. Bununla yanaşı, qəzetin internet variantında video-süjet də yerləşdirilib. Filmin kimin tərəfindən çəkilməsi barəsində isə bilgi verilmir.

Mənbə: theguardian.com/artanddesign/2019/mar/01/monumental-loss-azerbaijan-cultural-genocide-kharchkars və https://esreporter.com/v/азербайджан-и-величайший-культурный-геноцид-the-guardian-об-уничтожении-армянских-хачкаров-в-джуге-gVbB2vplTg8.html, https://rusarminfo.ru/2019/03/01/genocid-kulturnogo-naslediya-armyan-v-azerbajdzhane-prodolzhaetsya-the-guardian/ . Hətta həmin yazını Rusiyanın nüfuzlu KİV-lərində də dərhal bu mövzular süni şəkildə “aktuallaşdırılmağa” çalışıldı.

Hər yerdə “göz yaşları” və erməni yalanları

XIX əsrdən başlayaraq, İran, Suriya, Livan, Hindistan, Fələstin, Livan, İraq, İordaniya və digər ölkələrdən Çar Rusiyasının himayəsi altında köçüb gələn ermənilər Gürcüstan, Azərbaycan və Dağıstanda protoxristian abidələri və maddi-mədəniyyət irsini xristianlıq adı altında tədricən mənimsəmək siyasətinə üz tutdular. Qədim “Qafqaz Albaniyası” tarixini özəlləşdirmək üçün 100 ilə yaxın çaba göstərdilər. Sonradan tarixşünaslıq elmi erməni yalanlarını ifşa etdi. Vəziyyətin belə bir həddə çatdığını görən erməni alimləri bu dəfə “Avtoxon Qafqaz xalqları və Qafqaz Albaniyası” taktikası ilə hərəkət edərək bu dəfə azsaylı toplumları Gürcüstana və Azərbaycana qarşı yönəltməyə çalışdılar. Son 25 ildə Qafqaz xalqları bu həqiqətlərin nə qədər yalan olduğunun fərqinə vardılar. Bu gün həmin icmaların Gürcüstan və Azərbaycana münasibəti ənənəvi dostluq üzərində kökləniblər. Ermənilər köhnə “xislət”lərinə dönərək beynəlxalq mətbuatda Qafqazdakı əski xristian abidələrinin onlara aid olması və Azərbaycanın bəşəri mədəniyyətə qarşı “vandalizm” siyasətinin yürüdüldüyü iddiasını sərgiləməyə başlayıblar.

“Vne strok” qəzeti 6 mart tarixindən “Erməni memarlığının öyrənilməsi fondu”nun rəhbəri Samvel Karapetyanın yazdığı “Sivilizasiyadan kənar Azərbaycan” adlı kitabının əsasında silsilə yazılar verməyə başlayıb. Bu bədnam müəllif həmin kitabda iddia edir ki, 1960-cı illərdən Azərbaycanda qədim “Qafqaz Albaniyası” tarixinin izi məhv edilməsi prosesi yaşanılır. İndi həmin abidələrin son qalıqları tamamilə yox edilir. Naxçıvan Muxtar Respublikası bu məsələdə öndə gedir. Culfada alban abidələri, məzarlıqları və kilsələrinin heç bir izi qalmayıb.” Mənbə: https://vstrokax.net/novosti/azerbaydzhan-vne-tsivilizatsii-ob-unichtozhenii-armyanskih-pamyatnikov/

Ermənilərin bu çirkin təbliğatları İran molla rejimi tərəfindən xüsusi dəstək verilir. Belə ki, hakim dairələrin nəzarətində olan KİV-lərin ermənilərin yanında yer alması müdhişdir. Ermənilərin Azərbaycanda hər hansı bir filmi çəkməsi mümkün olmadığı üçün, həmin addımları İran xüsusi xidmət orqanları atır. “Azərbaycanda erməni xristian məbədlərinin dağıdılması” proyekti sənədli filmlərin çəkilməsi silsilə xarakter daşımağa başlayıbdır. Ermənistanla iqtisadi əlaqələri qorumaq üçün İrəvanın istəklərinə uyğun bu proyektlər reallaşdırılır.

Mənbə: albawabhnews.com/3507153.

1.10 taktika və yalanların astar üzü

Ermənistanın iddialarına görə guya ermənilər bu gün malik olduqları “tarixi torpaqlar”ın 1.10-də yaşamağa məcburdurlar. Onların iddiasında yer alan bu faktları isbat edən “qədim erməni maddi-mədəniyyət abidələri”dir. Tehran molla rejimi də ermənilərin bu yalanlarını dəstəkləmək taktikası ilə hərəkət edir. Çünki, 1925-ci ildən indiyə kimi İran adlı əraziyə türklərin Orta Asiyadan köçməsi faktı qondarma “İran tarixşünaslığı”nın ana xəttidir. Güney Azərbaycanın Urmu vilayəti və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindəki protoxristian mədəniyyətinin tarixi izlərini Tehran rejimi “ermənişünaslığ”ın bir parçası hesab edir. Ona görə də son illərdə Cənubi Azərbaycanın Culfa, Urmu, Mərənd, Sulduz, Qoşaçay, Salmas, Xoy, Tikantəpə, Quşçu, Sayınqala, Dol, Makı, Marağa, Nazlı, Sumay, Tərkəvər, Üşnü, Bəykişli, Dəşt, Rövzə, Barandüz, Qarabağ bölgələrindəki protoxristian abidələrini bərpa edərək “erməni memarlığı inciləri” adı ilə dünyaya tanıdılmasına çalışır.

Azərbaycan Respublikasına gəldikdə isə, Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Gədəbəy, Tovuz, Goranboy, Samux, Daşkəsən, Göy-Göl, Bərdə rayonlarındakı Qafqaz Albaniyası tarixinə məxsus maddi-mədəniyyət abidələrinin durumu ilə bağlı sənədli filmlərin çəkilməsi və bu barədə xüsusi reportajların hazırlanmasına peşəkar kino sənəti gözü ilə baxdıqda “Tehran Kinostudiyası”nın izlərini görmək asandır. Peşəkar sənət aləmində hər ölkənin və xalqın özünüifadə forması var. Buna ayrıca “sənət məktəbi” də deyilir. Ermənilərin Azərbaycan Respublikasına qarşı “xristian abidələrinin acı aqibəti” mövzusundakı təbliğatlarda yer alan filmlərin çəkiliş texnologiyası, yəni özünüifadə forması tamamilə “Tehran Kinostudiyası”nın istehsalı olduğunu təsdiq edir. Belə ki, son illərdə bir yandan erməni tarixçilərinin Avropada təşkil etdikləri mətbuat konfranslarında “Azərbaycan Respublikasında qədim erməni tarixi abidələrinin dağıdılması barəsində qaldırdıqları “həyəcan təbili”nin siyasi ayağı Tehran üzərindən yönləndirilən mövzuların parçasıdır. Ermənistanın Londondakı fəxri konsulu olmuş Ruben Qaliçyanın mətbuat konfransında səsləndirdiyi fikirlər və nümayiş etdirdiyi sənədli filmlər bunu təsdiq edir. Mənbə: http://analitikaua.net/2013/azerbaydzhan-unichtozhaet-armyanskie-pamyatniki/

“Qafqaz Albaniyası” abidələrini “erməni tarixi” kimi təqdimatı

Şəkinin Daşbulaq kəndindəki “Aqvan”, Daşkəsənin Bayan və Quşçu kəndlərindəki “Bayan” “Quşçu”, Ordubadın Əylis kəndindəki “Alban”, Oğuzdakı “Alban”, Goranboyun Azad kəndindəki “Sülük”, Gəncə ətrafındakı Ablax kəndindəki “Ablax” və digər 75 alban abidələrinə iddia irəli sürərək onların ermənilərin maddi-mədəni irsi olması təbliğ olunur. Ermənilərin Naxçıvana qarşı ərazi iddiası əsasən bu faktlar yer alır. Culfa, Ordubad, Şərur, Babək, Şahbuz, Kəngərli, Sədərək rayonlarındakı Qafqaz Albaniyası tarixinə bağlı protoxristian mədəniyyətinin ermənilərə bağlantısı olmasa da, bunu bəhanə edərək, “Qədim Ermənistan əraziləri” proyekti kimi təlqin etməyə çalışılır. Tehran rejimi bir yandan “Qafqazın 17 şəhəri” proyekti əsasında iddia edir ki, Azərbaycan Respublikasının 17 (Naxçıvan, Gəncə, Şəki, Ordubad, Bərdə, Beyləqan, Salyan, Quba, Şamaxı, İrəvan, Bakı, Şuşa, Lənkəran, Dərbənd, Qazax, Tiflis, Qəbələ)
mədəni mərkəzi İranın tarixi ərazisidir. Digər yandan isə, islamiyyətdən öncəki dönəmi “erməni tarixi” kimi təqdim etməyə çalışır. Yəni: “Qafqazın tarixində yer alan “yerli aborgigen-avtoxon xalqlar”ın önündə ancaq ermənilər dominant rol oynanmışlar. Bütün bunları isbat edən Qafqaz Albaniyası tarixidir”.

ABŞ-da da erməni yalanlarına inananlar var

C:\Users\User\Documents\xulase cari\cap\terr=.jpg

Amerikanın Yuta ştatını təmsil etmiş keçmiş senator Bill Barton bir həftə əvvəl açıqlama verərək bunu deyib: “Azərbaycan ermənilər tərəfindən ucaldılmış xristian abidələrini məqsədli şəkildə dağıdır. Əgər Qarabağ və onun ətraf rayonları Azərbaycanın tərkibinə qaytarılarsa, o zaman yerli xristian əhalisini hər hansı bir yaxşı həyat gözləmir”. O da bəllidir ki, Yuta ştatında bir neçə min erməni yaşayır. Eyni zamanda Bill Bartonun anası erməni mənşəlidir və bu ailə 1915-ci ildə Suriyadan ABŞ-a köçüb. Halbuki elə həmin ştatı bu gün ABŞ Senatında təmsil edən senator Ceyn Devis onun söylədiklərini inkar edərək demişdir: “Azərbaycan Cənubi Qafqazda sürətlə inkişaf edən mədəni dövlətdir. Dinlərarası harmoniya və tolerantlıq Azərbaycanın mədəni inkişafının təməl prinsipidir”.

Onu da qeyd edək ki, keçmiş senator Bill Barton tərəfindən Azərnbaycan ərazilərində “dağıdılan qədim xristian abidələri” ilə bağlı nümayiş etdirilən video-süjetlərdə heç bir fakt yoxdur. Sadəcə abidələrin köhnəliyi önə çəkilir. Bununla yanaşı, video-süjetlərin müəllifləri bəlli deyil. Çünki sənədli filmlərin nə başlanğıcında, nə də sonunda titrdə müəlliflərin adları göstərilmir. Əgər bu filmləri ermənilər çəkmiş olsaydılar dərhal müəlliflərin adları ön sırada qeyd olunardı. Deməli video-süjetlərin müəlliflərini Tehranda aramaq lazımdır. Ermənistan-İran münasibətləri sadəcə qonşu dövlətlər səviyyəsində deyil, həm də beynəlxalq miqyasda bir sıra proyektlərin icrası ilə də inkişaf etdirilir. İran xüsusi xidmət orqanları Azərbaycan Respublikasının ərazisində istədiyi addımları atır və əldə etdiyi matiralları Ermənistana ötürür. Beləliklə də ermənilər ucuz təbliğat vasitəsi kimi dünya ictimaiyyətini aldatmağa çalışır.

Ə. Yusifoğlu