Şəkidə ağır qəza - 9 nəfər yaralandı

10 Mart 2019 11:16 (UTC+04:00)

Hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.(report.az)

AzNews.az