Məşhur azərbaycanlı repçinin evi qarət olundu

10 Mart 2019 12:30 (UTC+04:00)

Rusiyanın Azərbaycan əsilli repçisi "Bahh Tee"nin (əsl adı Bəxtiyar Əliyev) Moskvanın Veyernaya küçəsində yerləşən mənzili qarət olunub.

Bu barədə bazar günü hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.

"Oğurluq martın 9-u günorta saatlarında baş verib. Mənzildən 4,2 milyon rubl (60 min 638 dollar) oğurlanıb", - deyə agentliyin həmsöhbəti bildirib.(report.az)

AzNews.az