Gəncədə gənc qadının üzərinə qaynar su dağıldı

10 Mart 2019 18:13 (UTC+04:00)

Gəncə şəhərində yerli sakin üzərinə qaynar su dağılması nəticəsində yanıq xəsarətləri alıb.

Yanıq xəsarətləri alan 27 yaşlı qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Ona ilkin tibbi yardım göstərilib və hazırda Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. (report)

AzNews.az