Xalq artisti efirdə yıxıldı - VİDEO

11 Mart 2019 10:05 (UTC+04:00)

Xalq artisti Nazpəri Dostəliyeva canlı efirdə yıxılıb.

AzNews.az xəbər verir ki, hadisə ATV televiziyasının yayımladığı “Azərbaycanın səsi” yarışmasının sonunda baş verib. Sənətçinin tələbəsi sözü gedən yarışmanın qalibi seçilib.

Nazpəri Dostəliyeva onu təbrik etmək üçün səhnəyə çıxmaq istəyəndə ayaqqabısı paltarına ilişib. Müğənni özünün güclə saxlayıb və heç nə olmamış kimi tələbəsini təbrik edib.

AzNews.az