BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi

11 Mart 2019 12:18 (UTC+04:00)

BMT-nin Azərbaycandakı nümayəndəliyi “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar təşkilatın bayrağını yarıya qədər endirib.

“Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub:

"Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib. BMT-nin Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb".(ona.az)

AzNews.az