Bakıda qardaş bacısını bıçaqladı

11 Mart 2019 12:52 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

38-ci Polib bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az