Biləsuvarda 37 yaşlı kişini bıçaqladılar

11 Mart 2019 13:21 (UTC+04:00)

Hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, 1982-ci il təvəllüdlü Nadir Qarayev bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az