Aşıq Ulduzun qızının toyu Türkiyədə olacaq

11 Mart 2019 13:55 (UTC+04:00)

Bu gün Aşıq Ulduzun xoşbəxt günlərindən biridir. Belə ki, onun qızı Sədaqətə xınayaxdı mərasimi keçiriləcək. Bakıdakı restoranların birində baş tutacaq mərasimə aşıqlarla yanaşı, sənət adamları da dəvət alıb.

Aşıq Ulduz AzNews.az-a açıqlamasında bildirib ki, qızının toy mərasimi Türkiyənin İstanbul şəhərində baş tutacaq: “Toyun vaxtı hələ dəqiq deyil. Sabah bu barədə geniş məlumat verəcəyəm”.

Xatırladaq ki, müğənni Sədaqət türkiyəli iş adamı ilə ailə qurur.

Bahar RÜSTƏMLİ

AzNews.az